Ekonomiks 16:06 04.08.2020

Qazaxda yeni məktəb binası tikiləcək (SƏRƏNCAM)

Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binası sökülərək yenidən tikiləcək.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev "Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edib.