Qazaxıstanda beş gün əvvəl komendat təyin edilən general-mayor intihar etdi (VİDEO)
Qazaxıstanda Cambul vilayətinin Polis İdarəsinin rəisi, Daxili İşlər Nazirliyinin general-mayoru Janat Suleymenov dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı BaigeNews.kz rayon DP-nin mətbuat xidmətinə istinadən yayıb. Məlumata görə, rəis intihar edib. Beş gün əvvəl general rayona komendant təyin edilib.
Faciənin hansı şəraitdə baş verdiyi araşdırılır. Orda.kz xəbər verir ki, Tarazda baş verən iğtişaşlardan sonra Süleymenova qarşı cinayət işi açılıb.
Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvarında başlayıb. Yerli sakinlər qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Daha sonra etirazlar demək olar ki, bütün ölkəni, o cümlədən Taraz şəhərini əhatə edib.
Yanvarın 8-də orada xüsusi əməliyyat zamanı iğtişaşlarda iştirak etmiş 6 nəfər məhv edilib. Həmçinin, səlahiyyətlilərin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından 7 nəfər yaralanıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər