Xəbər lenti

Qazaxıstanda DTX-nın eks sədri həbs edildi - “tam məxfi” materiallar
Dünya 11:51 27.01.2022

Qazaxıstanda DTX-nın eks sədri həbs edildi - “tam məxfi” materiallar

Dövlətə xəyanətdə və hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş hərəkətlərdə şübhəli bilinən Qazaxıstan Milli Təhlükəsizlik Xidmətinin keçmiş sədri Kərim Məsimov və onun müavini Anuar Sadıkulov həbs edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə DTK-dan məlumat verilib.

Xatırladaq ki, Məsimovun saxlanması yanvarın 8-də məlum olub. Onunla yanaşı, DTX sədrinin keçmiş müavinləri də saxlanılıb: "A” xüsusi təyinatlılar xidmətinin rəisi Anuar Sadıkulov və Daulet Yerqojin. Onlar dövlətə xəyanətdə, eləcə də hakimiyyəti zorakılıqla ələ keçirməyə yönəlmiş hərəkətlərdə şübhəli bilinirlər.
 
"Məsimov və Sadıkulov barəsində həbs-qətimkan tədbiri seçilib. Yerqojinlə bağlı qabaqlayıcı tədbirin seçilməsi məsələsi hələ də nəzərdən keçirilir”, - xidmətin agentliyin sorğusuna cavabında deyilir.

Aydın olur ki, cinayət işinin materialları "tam məxfi” materialdır.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->