Xəbər lenti

Dünya 10:30 25.02.2020

Qazaxıstanda mitinq: 50 nəfər saxlanıldı

Qazaxıstanda polis icazəsiz mitinqlərdə iştirak etdiyinə görə 53 nəfəri saxlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Erlan Turqumbayev bildirib. Onun sözlərinə görə, 10 nəfər inzibati məsuliyyətə cəlb edilib, 43 nəfər isə profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıb. 

Mitinqlər Nur-Sultan və Alma-ata şəhərlərində keçirilib.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstanda ekstremist kimi tanınan Qazaxıstanın Demokratik Seçimi hərəkatının lideri Muxtar Ablyazov sosial şəbəkələrdə əhalini hakimiyyətə qarşı aksiyaya çağırıb.

Camal

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?