İdman 21:11 19.10.2021

"Qəbələ" Gənclər Liqasında 0:7 hesabı ilə uduzdu

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının l təsnifat mərhələsində cavab oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, "qırmızı-qaralar" Niderlandda AZ komandası ilə üz-üzə gəlib.

"AZ Təlim-Məşq Mərkəzi"ində oynanılan görüş Azərbaycan təmsilçisinin 0:7 hesablı məğlubiyyəti ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 4-cü və 36-cı dəqiqələrdə Nik Koster, 17-ci dəqiqədə Fedde De Yonq, 43-cü dəqiqədə Miron Van Brederode, 60-cı dəqiqədə Yurre Van Aken, 63-cü dəqiqədə Tom Kerssens və 72-ci dəqiqədə Meks Merdink vurublar.

Bununla da "Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, Qəbələdəki ilk qarşılaşmada Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanmışdı.