Xəbər lenti

Video 15:05 23.10.2018

"Qəbələ" və "Neftçi" azarkeşlər arasındakı davaya görə cəzalandı (VİDEO)

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında VIII turun "Qəbələ" - "Neftçi" matçında baş vermiş insidentlə bağlı qərarlarını açıqlayıb. 

Qaynarinfo Reporta istinadən xəbər verir ki, oyunun 62-cü dəqiqəsində "Neftçi” azarkeşləri meydana kənar əşyalar atdıqları üçün klub 1600 manat cərimələnib. Bundan 2 dəqiqə sonra "Qəbələ" fanatları eyni addımı atdıqları üçün əyalət təmsilçisi analoji cəzaya məruz qalıb. 

İnsident zamanı "Neftçi” azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan "Qəbələ”nin təqdim edəcəyi hesaba uyğun olaraq "Neftçi” tərəfindən ödəniləcək. 

Bundan başqa meydan sahiblərinin futbolçusu Təmkin Xəlilzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubuna isə 200 manat cərimə tətbiq olunub. 

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->