Ölkə 12:51 31.05.2020

Qəbələdə bataqlığa düşən azyaşlı və qoyun sürüsü xilas edildi (YENİLƏİB)

Qəbələdə bataqlığa düşən azyaşlı və qoyun sürüsü xilas edilib.

Qaynarinfo FHN-nin saytına istinadən xəbər verir ki, Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə köməksiz vəziyyətdə qalan 1 nəfər və heyvan sürüsü Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.
 
10.14

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlının və heyvan sürüsünün (təxminən 100 baş xırdabuynuzlu) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Qaynarinfo Nazirliyin saytına istinadən xəbər verir ki, Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.