Ölkə 15.01.2022

Qəbələdə minik avtomobili avtobusla toqquşub, ölən var

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Seyidlər adlanan yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, rayonun Cığatelli kənd sakini 2000-ci il təvəllüdlü Səfər Sərvan oğlu Şərifov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə hərəkətdə olarkən "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

Ağır bədən xəsarətləri alan 21 yaşlı S.Şərifov Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Xəsarətləri ağır olan gənc oğlan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?