İdman 19:09 18.09.2021

"Qəbələ"dən böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.
 
Qaynarinfo xəbər verir ki, günün ilk qarşılaşmasında "Qəbələ" doğma meydanda "Səbail"i qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 5:0. 
 
Qolları rəqib qapısından Rövlan Muradov (65), Ülvi İsgəndərov (83), Ehtiram Şahverdiyev (89), Rafael Utziq (90+1) və İsnik Alimi (90+4) rəqib qapısından keçirib. "Səbail"in futbolçusu Ədilxan Qarəhmədov isə 85-ci dəqiqədə ikinci sarı vərəqədən sonra meydandan qovulub. 
 
Beləliklə "Qəbələ" geridə qalan 4 turda 3-cü qələbəsini qazanıb. Günün sonuncu qarşılaşması Zirədə keçiriləcək. Qəsəbənin eyniadlı təmsilçisi Zirə İdman Kompleksinin stadionunda "Sabah"ı qəbul edəcək.
 
Səbuhi Həsənov