Xəbər lenti

Qəfildən qadınlar kişilərdən güclü olarsa, nə baş verər?
Dünya 18:04 11.11.2017

Qəfildən qadınlar kişilərdən güclü olarsa, nə baş verər?

Əgər qadınlar qəfildən kişilərdən üstün fiziki gücə sahib olsalar, bizim cəmiyyət necə dəyişə bilər?

BBC Future-nin müxbiri gender məsələləri üzrə tədqiqatçılara və ekspertlərə belə bir sualla müraciət edib. Bu cür maraqlı fikir təcrübəsinin nəticələri belədir.

1963-cü ildə Judisth Gardiner-in atası vəfat etdi, onun hüquqşünas anası patent bürosuna başçılıq etməyə başladı.

Əvvəllər o burada həyat yoldaşına köməklik edirdi. Həmin vaxtlarda çox az qadın bu cür vəzifəyə yüksəlirdi. Lakin Judith-in anasının ətrafdakıların gözündə özünü təsdiqləmək üçün öz hiylə üsulları vardı.

Onun ilk işi kişi müştərilərin qarşısında öz miniatür fiqurasını (boyu 1,5 m) yüngülcə yüksəltmək üçün öz yazı masasını yuxarı qaldırmaq oldu.

Bundan başqa, o, bütün biznes-naharların və ya biznes-şam yeməyinin avansla onun hesabından ödənilməsi barədə göstəriş verdi.

"O, üstünlüyünü təsdiqləmək üçün kişilərin necə sadə, sıradan bir üsuldan istifadə etdiyini anladı. O, qadınlar üçün qeyri-adi hökmranlıq və səriştəliliyi nümayiş etdirirdi", - deyə İllinois Universitetində (ABŞ) gender tədqiqatı, qadın məsələləri və ingilis dili üzrə professor Judith Gardiner danışır.

Judith-in anası, məsələn, özünü olduğundan daha yüksək göstərməsəydi onun biznesi yenə də bu qədər uğurlu olardımı?

Əgər birdən cinslərin fiziki əlamətlərini dəyişsək bizim dünya necə olar? Təsəvvür edin ki, qəfildən, yüz min illik təkamül olmadan qadınlar izah olunmayacaq şəkildə kişilərdən daha cüssəli və daha güclüdürlər. Bu, əlbəttə ki, çox da inandırıcı deyil. Amma belə transformasiya hazırda cinslər arasında normal kimi qəbul edilən bir çox hallara dair yenidən gözümüzü aça bilər.

İlk əvvəl onu qeyd edək ki, bizim planetdəki həşəratlardan tutmuş qurbağalara qədər bütün növlərin təbiətində dişinin erkəkdən daha böyük olması normal hesab edilir. Çünki onlar bədənlərinin içində yüzlərlə yumurta daşıyırlar.


1958-ci ilin "15 metrlik qadının hücumu" Amerika fantastika filminin plakatı

Bu qaydalarda istisnalar insanlar da daxil olmaqla əksər onurğalılardır. Burada dişilər müəyyən həddə qədər yetişir, daha sonra reproduktiv ərəfədə əzələ və sümük kütləsinı artırmaq əvəzinə sadəcə yağ toplayırlar.

Bu arada erkəklər dişilərin rəğbəti uğrunda rəqabət aparmaq üçün tələb edilən xüsusiyyətləri inkişaf etdirirlər - insanlarda bu güc və bədən ölçüsüdür.
Baxmayaraq ki, hazırda kişi və qadınlar arasında fiziki göstəricilər azalır (qadınlar bir çox atletik yarışlarda uğurla çıxış edirlər).

Amma yenə də min illərlə mövcud olan fərq qorunub saxlanılır.

İlk olaraq, orta hesabla kişilər qadınlardan daha böyük və güclüdürlər.

Kişilərin skelet kütləsi qadınların skelet kütləsindən daha böyükdür. Onların bədənin yuxarı hissəsinin gücü 40 faizdən yuxarı, aşağı hissəsinin gücü isə 33 faizdən yuxarıdır.

Əgər qadınlar qarşılarına kişilərdən daha güclü olmaq məqsədini qoysalar, o zaman onlar hansısa yolla daha cüssəli olmalıydılar.

Böyük sümüklərə daha möhkəm əzələlər lazımdır. Biologiya qanunları miniatür cüssə sahiblərinə əhəmiyyətli gücə çatmağa imkan vermir.


Qurbağalar üçün bu tamamilə normaldır: dişi erkəkdən daha böyükdür

Bundan başqa, bu cür dəyişikliklər mütləq testosteronun və digər hormonların yüksəlməsiylə müşayiət olunmalıdır. Əgər belə bir metamorfozadan sonra cəmiyyət təbiət qanunlarıyla idarə olunarsa o zaman uşaqların qayğısına qadınlar deyil, kişilər qalmalıydı.

"Bizdə matriarxiya olardı, harda ki hər şeyi qadınlar idarə edərdi, uşaqlara isə kişilər baxardı".

California universitetinin (Riverside) biologiya üzrə tanınmış professor Daphne Fairburn belə düşünür.

Bununla yanaşı o, qadınlar üçün nəsil artırmağın daha çətin olacağı fikrini əlavə edib: "Qadın orqanizmdə bu cür dəyişiklər baş veribsə və testosteronun səviyyəsinin yüksəlməsiylə müşayiət olunubsa, bu qadının reproduktiv funksiyasına mənfi təsir göstərərdi".

Daha güclü və daha cüssəli kişilər cəmiyyətin iyerarxik təşkilinə daha meylli olurlar. Gücün artması həmçinin fizioloji nəticələrə gətirib çıxara bilər ki, bu da kişilərdə adi bir haldır və onların öz əzələlərindən istifadə edib-etməməsindən asılı deyildir.

Məsələn, Aarhus universitetinin (Danimarka) politologiya üzrə professoru Mikael Banga Petersonun rəhbərliyi ilə keçirilən tədqiqatlara əsasən daha güclü kişilər böyük ehtimalla məhz özlərinə sərfəli siyasəti dəstəkləyirlər.

Məsələn, fiziki cəhətdən güclü və zəngin kişilər bir qayda olaraq onlardan kasıb olanların xeyrinə pul ayrılmasının əleyhinədirlər.

Peterson-un ehtimallarına görə, kişilərin belə davranışları keçmiş nəsillərin formalaşmasıyla bağlıdır. Beləki, fiziki cəhətdən daha güclü olanlar resursların öz xeyirlərinə yönləndirilməsini tələb ediblər.

Danimarkalı alimin fikrincə, daha güclü və daha cüssəli kişilər cəmiyyətin iyerarxik təşkilatına daha meyllidirlər və rəqabəti sevirlər. Və belə xüsusiyyətlər üçün biz qismən təbiətə və təbii seleksiyaya minnətdar olmalıyıq.

Peterson belə şərh edir: "Kişilərin zorakılığa meylli olması onların fiziki cəhətdən güclü olmaları ilə bağlı deyil.

Əksinə, onlar ona görə güclüdürlər ki, təkamül

Gedişatında onlar zorakılıq nümayiş etdirməli idilər və bu bir çox münasibətlərdə kişi psixologiyasını formalaşdırmışdır".

Kişilərdə dominantlıq və aqressivliyin təbiət və yaxud da tərbiyə nəticəsində formalaşdığı barədə mübahisə etmək olar.

Lakin böyük ehtimalla, qəfildən fiziki gücə sahib olan qadınlarda bənzər xüsusiyyətlər əmələ gələ bilər.

Bundan başqa, özünə inam, qəzəb, danışıqlarda əminlik kimi keyfiyyətlər qadınlarda bir qayda olaraq onların fiziki cazibələriylə bağlıdır. Artan fiziki güc bu xüsusiyyətlər üçün əsas olan xarici keyfiyyəti əvəz edə bilər.


Lady Hercules ləqəbli Cathy Sandwina 3 kişini əlində saxlayıb

Bizim danışdığımız fərziyyə dəyişikliləri kişi və qadın münasibətlərində öz əksini tapa bilər.

Ferbern-nin fikrincə, özündən əmin olmayan kişiləri qorxutmamaq üçün mülayim olan qadınlar artıq əvvəlki kimi davranmayacaqlar.

Məsələn, onun 30 yaşlı qızı dəfələrlə gənc adamla görüşdə onun eqosunu qidalandırmaq üçün xoş olmayan vəziyyətlə qarşılaşıb.

Lakin o, elmlər doktoru dərəcəsinə sahib və özünə inamlı qadın kimi sevgilisinin gözündə "cəlbedici" qalmaq üçün guya divar kağızı yapışdırmağı bacarmadığını və 80 km məsafəni qət edə bilmədiyini deməkdən imtina edib, - Ferbern deyir.

Güc elə bir xüsusiyyətdir ki, orta statistik hesablamalara görə, kişilər bu göstəriciyə görə qadınlardan üstündür.

Və əgər bu dəyişərsə, bu yalnız mövcud tendensiyanı təsdiqləyər: müasir dünyada kişi şəxsiyyətinin ayrılmaz xüsusiyyəti sayılan ənənəvi kişilik daha çox sual doğurur.

Son 50 il ərzində qadınlar daha çox müstəqil olaraq bir çox hallarda, qazanc, işdə uğur və digər nailiyyətlərdə kişiləri ötürlər.

Müasir texnologiya həmçinin qadınlar üçün əvvəllər əlçatmaz olan fəaliyyət sahələrini - fiziki gücün tələb olunmadığı daha çox intellekt və vizual koordinasiyaya ehtiyacı olan avtomobil istehsalından tutmuş silahlı qüvvələrə qədər olan sahələri - açmaqla cinslər arasındakı fərqi silir.

Bəzi kişilər əvvəlki kimi, hakimiyyətə olan cazibəni fiziki cəhətdən güclü olmaları ilə əsasladırmağa cəhd göstərirlər.

"Qadınlar daha əvvəllər onların sadəcə buraxılmadığı sahələrdə kişilərlə daha çox rəqabət aparmağa başladıqları zaman, kişilərin bir qismi qadınlar üzərində əvvəlki kimi güclü və fiziki cəhətdən üstün oduqları sahəyə üz tuturlar", deyə genderlər arası münasibətlərdə zorakılığın qarşısının alınması üzrə təlimlər keçirən MVP Strategies şirkətinin prezidenti, natiq və yazıçı Jackson Katz bildirir.

Katz rəqibə qarşı zorakılığın oyunun bir hissəsi olduğu - Amerika futbolu, boks, qarışıq döyüş sənəti kimi idman növlərinin məhşur olmasının populyarlaşmasını bununla izah edir.

"Kişilər həmişə özləri üçün bunu dərk edə bilmirlər, lakin adətən belə bir nəticəyə gəlirlər: bəli, qadınlar məndən daha çox qazana bilər. Mənim rəisim qadındır, mənim həyat yoldaşımın məndən daha nüfuzlu işi var. Lakin onlardan heç biri Amerika futbolu oynaya bilməz", - Katz deyir.

Yeri gəlmişkən, o, belə bir qladiator sənətinə həvəsin sırf Amerika fenomeni ola biləcəyini deyir.


Hindli qadın Dimapur-da kərpic yandıran işləyir

Katz qeyd edir ki, bizim fərziyyəvi vəziyyətdə qadınlar üçün açıq-aşkar müsbət bir hal da var: əgər onlar fiziki cəhətdən güclü olsalar bu, onları kişilərin sataşmalarından, seksual təcavüzündən, ailə daxili zorakılıqdan qoruya bilər.

Lakin artan qadın gücünün zərərsiz bir şey olduğunu ehtimal etmək hec də düzgün olmazdı.

Qadınlar da zorakılığa meylli olurlar.

Məsələ, lezbiyanların 17-45 faizi tərəf müqabilləri tərəfindən fiziki zorakılığa məruz qaldıqlarını bildirirlər.

Müxtəlif cinsli cütlüklərdə qadınlar daha çox qurban olsalar da, kişilərin 19 faizi ən azı bir dəfə sevgililəri və ya həyat yoldaşları tərəfindən zorakılığa məruz qaldıqlarını deyirlər.

Beləliklə, qadınların əziyyət çəkdiyi ailədaxili zorakılıq halları qadın gücünün qəfildən artmasıyla çox güman ki, azalacaq və əksinə kişilərin zərər çəkəcəyi halların sayı çoxalacaq.

"Kişilər qadınlarla ona görə qəddar davranırlar ki, özlərini onlardan güclü sayırlar. Mənim bir qadın kimi qadınlara yazığım gəlir. Lakin mən - biz qadınların mükəmməl olduğunu düşünmürəm", - professor Daphneг Ferbern deyir.

Qadınların güclənməsinin iş yerlərində gender ayrıseçkiliyinə necə təsir edəcəyi o qədər də məlum deyil.

Doğrudur ki, kişilik xüsusiyyətləri uzun müddət yüksək vəzifələrə rəhbərliklə assosiasiya olunub - Margaret Thatcher-in daha nüfuzlu görünməsi üçün daha aşağı səslə danışmağı öyrəndiyini və 1970-ci ildə biznesdə çalışan qadınlar arasında şalvar dəstinin dəbə minməsini xatırlatmaq kifayətdir.
Ferbern hesab edir ki, əgər qadınlar kişi gücünü əldə edərlərsə, o zaman bütün bu fəndlər lazımsız olacaq.

Çünki, onların Judith Gardiner-in anasının istifadə etdiyi fəndlərə əl atmasına ehtiyac qalmayacaq.

Yeri gəlmişkən, Judith-in özü buna əmin deyil.

Onun fikrincə, fiziki ölçülər və güc bərabərsizlik şərtlərinin yaradılmasında başlıca rol oynamır. Beləliklə, ağ dərili insanların mükəmməl olması ideyası fiziki keyfiyyətlərə əsaslanmır", o qeyd edir.


Çinin Nanning şəhərində polis patrulunun qadın üzvləri tapançanı oğlana veriblər

Gardiner-in fikrincə, qadınlar daha çox güclü və cüssəli olsalar belə, onlar yenə də kişilərin dominantlıq etdiyi iş sahələrində bərabərlik uğrunda mübarizə aparmalı olacaqlar.

Professor hesab edir ki, burada sadəcə kişilərin mövqeyini haqlı hesab edənlərin arqumentləri dəyişəcək, belə ki, bu artıq bir neçə dəfə dəyişib: əvəllər deyirdilər ki, Allah qadını kişiyə xidmət etmək üçün yaradıb. İndi isə iddia edirlər ki, qadınlar rəhbər olmaları üçün çox emosionaldırlar.

Kişi qüdrətinə sahiblənən bəzi qadınlar hər şeyi olduğu kimi saxlaya bilər, deyən Katz feminizmin barışmaz tənqidçilərinin qadınlar olduğunu deyir.

Sistemlə mübarizə əvəzinə onlar mövcud vəziyyəti öz xeyrinə istifadə etməyə və seksizmin xırda cücərtilərini fikir verməyə çalışa bilərlər.

Qadınların fərqli davranışları müasir cəmiyyətdə baş verənlərdə öz əksini tapır.

Bir tərəfdən Katz deyir ki, ABŞ-da "insan seçkilərdə qismən ona görə, qalib gəlib ki, təmtəraqsız və üzr istəmədən qadınların bəzək rolu oynadığı vaxtları xatırladıb və bununla da retroqrad elektoratın kişilik xüsusiyyətlərini qürurlandırıb."

Digər tərəfdən Peterson əlavə edir ki, cəmiyyət daha çətin, demokratik və sülhsevər olarsa, nəzarəti qorumaq üçün alət kimi istifadə olunan zorakılıq və aqressiya keçmişdə qalacaq.

Dünya arenasında qadın siyasi liderlərin sayının artması bütün bunları təsdiqləyir. Angela Merkel bunun ən parlaq nümunəsi ola bilər.

Beləliklə, bizim fikrimizdəki sınaqların mövzusu - xəyaldır, bizim müzakirə etdiyimiz cəmiyyətdəki bəzi dəyişikliklər bu gün artıq baş verir.

Ferbern-in dediyi kimi, "müasir dünyanı qadınların idarə etməsi daha yaxşı olardı".

Qaynarinfo.Az
Mənbə: BBC

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->