Qənimətlər Parkının hansı əhəmiyyəti var? – Hərbi ekspert

Qənimətlər Parkının hansı əhəmiyyəti var? – Hərbi ekspert

"Qənimətlər Parkının böyük əhəmiyyəti var”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, xalq bu parkı gəzdikçə qürur hissi keçirəcək:

"Gələcək nəsillərimiz görəcək ki, onların ata-babaları nə qədər şərəfli yol keçib. Davamlı olaraq Bakı şəhərinə nə qədər turist gəlir. Turustlər, orta məktəb şagirdləri, universitet tələbələri bu parkı görəcək. Xalqımızın hər bir nümayəndəsi bu parkı gəzərək qürur hissi keçirəcək ki, Azərbaycan nə qədər güclüdür və peşəkar ordusu var”.
 

Emin Həsənli qeyd edib ki, bu, Azərbaycanın gücünü daha da artıracaq:

"Biz həmin parkı gəzdikçə azərbaycanlı olduğumuzla fəxr edəcəyik. Azərbaycanda hər bir peşə şərəflidir. Ancaq vətəni qorumaq ən şərəfli peşədir. Bu peşəni daşıyan hərbiçilərimizin nə qədər uğurlu döyüş yolu keçdiyinin şahidi olacağıq”.

Qeyd edək ki, aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı olub. Prezident İlham Əliyev parkın açılışında iştirak edib. 
Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR