Xəbər lenti

Qənirə Paşayeva hədə-qorxu gəldi
Siyasət 17:58 18.06.2013

Qənirə Paşayeva hədə-qorxu gəldi


“Onlara sərf edəcəyim zamana heyfim gəlir, həmin adamlara “Sizi Allaha tapşırıram” deyirəm”


Azərbaycan Milli Məclisinin millət vəkili Qənirə Paşayeva Azərbaycanda və Türkiyədə onun barəsində böhtan xarakterli məlumat yayanlara “Facebook” səhifəsində xəbərdarlıq edib. Daha əvvəl də bu şəxslərə mədəni surətdə xəbərdarlıqlar etdiyini bildirən millət vəkili konkret ad çəkməsə də, mesajın lazım olan şəxslərə çatacağını qeyd edib. Qənirə Paşayeva bildirib ki, Azərbaycanda da, Türkiyədə də sevgi və hörmət qazanmaq üçün sadəcə xoş xislətli, dürüst əməlli və səmimi millətsevər olmaq lazımdır. Həmin şəxslərə bu dəfə layiq olduqları cavabı verməyəcəyini deyən millət vəkili bu şəxsləri Allaha tapşırıb.

Millət vəkili Qənirə Paşayevanın “Facebook” səhifəsindəki xəbərdarlığı:

"Bütün dostların diqqətinə! Bəzi insanlar var ki, həyata sadəcə ona-buna pislik etmək və böhtan atmaq üçün gəlirlər. Çox təəssüf ki, hər birimiz bəzən belə insanların pisliyinə, şər-böhtanına məruz qalırıq. Bu cür adamlar elə bilirlər ki, pislik etdikləri, şər-böhtan atdıqları adamlar onların kimliyini və əməllərini bilmirlər. Sadəcə normal adamlar bu cür pislik, şər-böhtan xisləti ilə dolu insanlara cavab verib özlərini yormaq istəməzlər. Çünki belələrinin onsuz da dəyişməyəcəyini bilirlər. Haqqımda Azərbaycanda, xüsusilə Türkiyədə yalan, şər-böhtan məlumatlar yayan, müxtəlif siyasətçilərə mənim adımdan yalan məlumatlar çatdıran azərbaycanlı qadını və onun Türkiyədəki "kişi" uzantılarını çox yaxşı tanıyıram və əməllərindən, etdiklərindən çox yaxşı xəbərdaram. Çox təəssüf ki, bəzi mədəni xəbərdarlıqlarıma baxmayaraq öz çirkin əməllərindən əl çəkmirlər. O "azərbaycanlı qadın" adlandırmaqdan belə utandığım və onun Türkiyədəki uzantılarına sonuncu dəfə xəbərdarlıq edirəm. Özünüzü yığışdırın! Bu adamlar mənim səhifəmi "lupa" ilə təqib etdiklərinə görə yəqin ki mesajımı da çox tez görəcəklər. Bu adamlar anlamırlar ki, Azərbaycanda da, Türkiyədə də sevgi və sayğını qazanmaq üçün sadəcə xoş xislətli, dürüst əməlli və səmimi millətsevər olmaq lazımdır. Onlar kimi saxtakarları artıq Azərbaycanda da, Türkiyədə də yaxşı tanıyırlar. İnsanlar içərisində olmayan hörmətlərinin başqalarına pislik, şər-böhtan atmaqla qazanmaq olmaz. Bir də unutmasınlar ki, onlardan heç bir qorxum yoxdur. İstəsəm, layiq olduqları cavabları verərəm. Amma təəssüf ki, qarşımda olan bu insanlar Allahdan qorxmayan insanlardır. Ona görə də sadəcə onlara sərf edəcəyim zamana heyfim gəlir və sonda həmin adamlara sizi Allaha tapşırıram deyirəm. Əgər içlərində bir az Allah qorxusu varsa, özlərini yığışdırarlar, əks halda layiq olduqları cavabları alacaqlar". // ANS Press

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->