Dünya 11:00 27.01.2023

Qərb Ukraynaya qırıcılar verə bilər: Pərdəarxası müzakirələr başladı

Gələcəkdə Ukraynaya Qərb qırıcı təyyarələrinin verilməsi ilə bağlı müzakirələr artıq başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico"nun məqaləsində deyilir.
 
Ondan çox Qərb rəsmisi - diplomatlar və hərbçilər ilə söhbətlər göstərir ki, Ukrayna üçün təyyarələrlə bağlı daxili müzakirə artıq başlayıb. Bu məsələdə Ukrayna özü və Baltikyanı ölkələr fəal şəkildə lobbiçilik edir. Şimali Avropa ölkələrindən olan həmsöhbət həmçinin qeyd edib ki, müttəfiqlər tanklarla təmin etmək qərarına gəldikdən sonra qırıcı təyyarələr "təbii növbəti addım olacaq".

Müzakirələrin eskalasiya qorxusu səbəbindən tanklar ətrafında olduğundan daha çətin olacağı gözlənilir.

Həmsöhbətlərdən birinin sözlərinə görə, Vaşinqtonda deyirlər ki, hazırda qırıcı təyyarələrdən "hələlik söhbət belə gedə bilməz”. "Bu, qırmızı xəttdir. Amma keçən yay "qırmızı xətt" HIMARS idi, amma sonunda alındı. Sonra tanklar oldu və o, da alındı", deyə nəşrin həmsöhbəti qeyd edir. 

Avropadan olan digər həmsöhbət son vaxtlar daha ağır silahlarla bağlı qərarların verilməyə başladığı sürətə diqqət çəkib. Onun fikrincə, hazırda Ukraynaya qırıcı təyyarələrin verilməsi ideyası qeyri-mümkün görünsə də, bir müddət sonra bu barədə kifayət qədər ciddi danışmağa başlaya bilərlər.

Fevralda keçirilməsi planlaşdırılan Ukraynanın müdafiə məsələləri üzrə Təmas qrupunun (Ramşteyn formatı) növbəti iclasında aviasiyanın diqqət mərkəzində olacağı güman edilir. Nəşrin həmsöhbətlərinin fikrincə, Ukraynanın nə vaxtsa təyyarəyə kritik ehtiyacı olacağı halda hansısa indikativ plandan danışmaq olar.

Niderlandın xarici işlər naziri Vopke Hukstra keçən həftə ölkəsinin Ukraynadan xahiş olduğu halda F-16 tələbini müzakirə etməkdə "heç bir tabu olmadığını" söyləyib və Slovakiya hökuməti Ukraynaya Sovet MiQ-29-larını vermək planlarından birbaşa danışıb.

Eyni zamanda, Almaniya kansleri Olaf Şolts hələ də Ukraynanı hərbi təyyarələrlə təmin etmək fikrini qəti şəkildə istisna edir.

Avropa paytaxtlarında artıq hesab edirlər ki, müharibə daha 3-5 il, hətta daha çox davam edə bilər və Qərb Rusiyanı radikal eskalasiyaya təhrik etmədən Ukraynanı bəzi silah növləri ilə təmin edə biləcək xəttə yaxınlaşıb. Bundan əlavə, bu gərginliyin baş verəcəyi təqdirdə Qərb dövlətləri daxilində Ukraynaya yardıma ictimai dəstəyin sarsılacağı ilə bağlı qorxular var.

Qəzet yazır ki, avropalı diplomatlardan birinin fikrincə, 2022-ci ilin əvvəlində Qərb müttəfiqləri Ukraynaya mərhələli şəkildə silahla daha ciddi dəstək verməyə və vəziyyəti hər dəfə qiymətləndirməyə razılaşıblar - əks halda, nüvə silahından istifadəyə qədər "Rusiya tərəfindən sərt reaksiyaya səbəb olardılar”. "Bunu "(Putinin) alışma prosesi" adlandırmaq olar”, deyə həmsöhbət qeyd edir. Ona görə də ilk TƏİR-lərdən bir il sonra artıq tanklarla bağlı qərar qəbul edilib. Onun fikrincə, qırıcılarla bağlı "yeganə sual zamanla bağlıdır”.

Nəşrin Avropadakı həmsöhbətləri razılaşırlar ki, Qərb ilk növbədə qırıcılardan əvvəl, hələ verilməmiş və faydalı olacaq yardım növlərini - hücum pilotsuz uçuş aparatları və daha uzun mənzilli raketləri kimi yeni sistemlərdən istifadə etmək istəyir. 

Lakin ABŞ-ın artıq gələcəkdə Ukraynaya təyyarə verməyə hazırlaşdığına dair əlamətlər var - məsələn, yayda Nümayəndələr Palatası ukraynalı pilotların hazırlanması üçün 100 milyon dollarlıq layihəni təsdiqləyib və oktyabrda bu barədə məlumat verilib. Ukraynada Qərb qırıcılarının hazırlanması üçün artıq bir qrup pilot seçilib.

Qərb qırıcılarını mənimsəmək həm də texniki xüsusiyyətlərdən və texniki xidmətdən tutmuş uzun uçuş-enmə zolaqlarına ehtiyac duymasına qədər maddi-texniki səbəblərə görə Ukrayna üçün çətin olacaq və Rusiya üçün uyğunlaşdırılmış bazaların yerləşdirildiyini görüb onlara zərbə endirmək nisbətən asan olacaq. Mütəxəssislər arasında F-18 və ya "Gripen"in Ukrayna üçün daha uyğun olacağına dair fikirlər var. Lakin onların sayı kifayət qədər deyil. 

Nizami Bağırov