"Məni nə atam sevib, nə də anam. Onlardan valideyn sevgisi görmədim".
Bunu Qaynarinfo-ya açıqlamasında aktrisa Sonaxanım Əliyeva deyib. Sonaxanım Əliyevanın dediyinə görə, ata-anası onu həmişə qardaşından fərqləndirib, daha az seviblər:
"Şükür bu günümə. Atam, anam məni heç vaxt sevmədi, onların heç birindən sevgi görmədim. Bu danılmaz faktdır. Bunu gizlətmək olmaz. Belə insanlar azdır? Atam məni sevsəydi, yanımda olardı. Atasız böyüyən qız necə olar? Anam yanımda olub, amma həmişə məni deyil, oğlunu sevib, onu üstün bilib. Mənimlə oğlunun arasında həmişə fərq qoyub. Mən bir övlad kimi bu fərqliliyi həmişə hiss etmişəm".
Sonaxanım Əliyeva anasının ona qarşı ögey münasibət bəsləməsi barəsində danışmaq istəmədiyini vurğulayıb:
"Anaların çoxu oğlunu sevir. Anam da bütün günü oğlunun tərəfindən çıxış edir. Həyatda övladımdan başqa heç kimim yoxdur. 23 yaşlı bir qızım var. Onu min bir əziyyətlə böyütdüm. Anam övladımı görüb, amma atam görməyib. Atam tez rəhmətə gedib. Nənə və baba bir insanı sevmirlərsə, onun balasını necə sevərlər? Əsas odur, anayam, xəstə olanda başımın üstündə dayanan övladım var. Mən yaşadıqlarımı heç vaxt övladıma yaşatmaram".
Bahar Rüstəmli
Şərhlər