Qətər kralının ailə üzvləri Pakistanda həbs olundu

Qətər kralının ailə üzvləri Pakistanda həbs olundu

Pakistanda icazəsiz ov edən Qətər kral ailəsinin 4 üzvü də daxil olmaqla 7 qətərli həbs olunub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, onlar Bəlucistan əyalətinin Nuşki bölgəsində nəsli kəsilməkdə olan baladoydaq quşu ovladıqları üçün saxlanılıblar. Məlumata görə, qətərlilər şübhə çəkməmək üçün yerli əhalinin libasından geyiniblər. Yoxlanış zamanı onlarda ovlanmaq üçün xüsusi icazənin olmadığı üzə çıxıb.

Qeyd edək ki, Pakistan hökuməti Körfəz ölkələrindən gələn şahzadələrə adambaşı 100 min dollar ödədikləri halda əvvəlcədən müəyyənləşdirilmiş 15 bölgədə 10 gün müddətinə baladoydaq quşu ovlamağa icazə verir. Onlar maksimum 100 quş ovlaya bilərlər. Əgər 10 gündən daha çox qalmaq istəyirlərsə, əlavə 100 min dollar da ödəməlidirlər. 

Nəsli kəsilməkdə olan quşların ovlanması üçün ərəb şahzadələrinə verilən icazə isə ölkədə etirazla qarşılanır.

Qeyd edək ki, Pakistan hökuməti daha öncə isə aralarında nadir növlərin olduğu 150 şahini BƏƏ-nin Dubay əmiri Məhəmməd ibn Rəşid əl Makduma hədiyyə etmişdi.
 
Camal
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR