Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Qətər əmiri Şeyx Təmim bin Həmid Əl Sani ilə qapalı görüş keçirib.
"Qafqazinfo” "Posta”ya istinadən xəbər verir ki, 3,5 saat davam edən görüşün sonunda Qətərin Türkiyəyə 15 milyard dollarlıq sərmayə qoyacağı açıqlanıb.
Tərəflər Qətər-Türkiyə əlaqələrini daha da inkişaf etdirmək qərarına gəliblər. Bundan başqa, Ərdoğanla Əl Sani gündəmdəki məsələləri müzakirə ediblər.
Şərhlər