Xəbər lenti

Qeysəriyyə doğuş əməliyyatı sürətlə artır: ananın istəyi, yoxsa məcburi göstəriş? (VİDEO)
Video 23:26 18.11.2017

Qeysəriyyə doğuş əməliyyatı sürətlə artır: ananın istəyi, yoxsa məcburi göstəriş? (VİDEO)

Qeysəriyyə əməliyyatı ilə dünayaya uşaq gətirən anaların sayı sürətlə artır.

"Qaynarinfo" "Xəzər TV"yə istinadən xəbər verir ki, təkcə 2016-cı il ərzində Azərbaycanda 46 555 ana bu yolla dünaya uşaq gətirib. Bu isə 2007-ci illə müqayisədə 34 981 nəfər çoxdur.

Ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədovanın sözlərinə görə, bu artımın ən vacib səbəbi qadınların yenidən dünyaya uşaq gətirmələridir.
O bildirir ki, qeysəriyyə əməliyyatı ananın istəyi ilə həyata keçirilmir, mütləq həkimin məcburi göstərişi ilə olur. Çünki bu əməliyyat sonradan bir sıra fəsadlara gətirib çıxarır.

Əməliyyatın edilməsinə qadınların məsuliyyətsizliyi də səbəb olur.

Odur ki, hamilə qadınların daim həkim nəzəratındə olmasının vacibliyi vurğulanır. Əks halda qeysəriyyə əməliyyatı qadınlar üçün qaçılmaz olur.


Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->