Tərtərdə qəzaya uğrayan avtomobilə kömək etmək istəyən şəxsi cərəyan vuraraq öldürüb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xoruzlu kəndi ərazisində baş verib.
Avtomobil idarəetməni itirərək, elektrik dirəyinə çırpılıb. Bu zaman avtomobilin sürücüsünə və sərnişinlərə kömək etmək edən Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Quliyev Sənan Aslan oğlunu cərəyan vurub.
O, hadisə yerindəcə həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Şərhlər