Xəbər lenti

Qırğızıstan müxalifətinin lideri ölkəyə qayıdıb
Dünya 21:11 09.08.2019

Qırğızıstan müxalifətinin lideri ölkəyə qayıdıb

Qırğızıstanın müxalifət partiyasının lideri Omurbek Babanov ölkəyə qayıdıb. 

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, saat 14:40-da müxalifətçinin uçduğu təyyarə Bişkekin "Manas” hava limanına enib. 

Hava limanında yüzlərlə tərəfdarı onu qarşılamaq üçün toplanıb. 

2017-ci ilin prezident seçkilərində Omurbek Babanov ikinci olub və bundan sonra ölkədən gedərək, siyasəti tərk edəcəyini açıqlayıb.

Bu ilin aprelində Babanov Qırğızıstana qayıtmaq istəyib. Lakin Milli Təhlükəsizlik Komitəsi ona cinayət işlərini xatırladıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->