Xəbər lenti

Qırğızıstan-Tacikistan sərhəddində nə baş verir?
Siyasət 18:56 29.04.2021

Qırğızıstan-Tacikistan sərhəddində nə baş verir?

Qırğızıstanla Tacikistan arasında toqquşmalar yenidən baş qaldırıb. İki ölkə arasında toqquşmalar müstəqillik zamanında müxtəlif vaxtlarda baş vermiş, bir sıra hallarda "mübahisəli torpaq” kimi təqdim edilən ərazilərdə yerli icma nümayəndələri arasında, bəzən polisin, bəzən də sərhəd xidmətinin müdaxiləsi şəklində baş verib. 

Toqquşmalar bir sıra hallarda əkin və bağçılıq məkanlarının "yalnış” seçilməsi kimi kiçik insidentlərlə də müşahidə edilib. Məsələn, 2004-cü ildə tacik əhali "səhvən” Qırğız ərazilərində albalı ağacları əkməklə insidentə səbəb oldular. Bu hadisədən 10 il sonra isə kənd təsərrüfatı üçün yalnış olaraq seçdikləri əraziləri becərməyə çalışanda hər iki icmanın kəndliləri arasında toqquşmalar oldu. Mübahisə su ehtiyatlarına çıxışın bloklanması kimi addımlarla da müşahidə olunmuşdur. İndi də səbəb təxminən eynidir- mübahisəli ərazinin istifadəsinin qarşısının alınması.
Vaşinqton Post-da yazılır ki, Qırğızıstan tərəfinin məlumatına əsasən yeni insident Qırğızıstanın Batken əyalətində yerləşən Göy Daş (Kok Taş) kəndinin yaxınlığında yerləşən su hövzəsi ərazisinin Tacikistan tərəfindən atəşə tutulması nəticəsində başlamışdır. Taciklər isə öz əraziləri hesab etdikləri həmin su hövzəsinə qırğızları müdaxilə etməkdə və bununla da onların ərazi bütövlüyünə təhdid yaratmaqda ittiham edir.

Ümumiyyətlə, iki ölkələr arasında münaqişəyə bir sıra amillər təsir edə bilər. 

SSRİ dağıldıqdan sonra hər iki ölkədə gedən proseslər daxili sosial , iqtisadi və siyasi proseslərin nəticəsi olaraq inkişaf etməklə yanaşı daha geniş anlamda regionda baş verən (verə biləcək) proseslərdən asılı olmuşdur. Bu ölkələr iqtisadi inkişaf baxımından keçmiş SSRİ respublikaları içərisində ən aşağı göstəriciyə sahibdirlər, postsovet Mərkəzi Asiyanın digər 3 respublikası ilə müqayisədə isə zəngin neft və qaz ehtiyatlarına sahib deyillər. Ancaq digər təbiət imkanları, o cümlədən dağlıq ərazilərin yaratdığı imkanları ( həmçinin dağ çayları) mövcuddur. Bu infrastrukturdan düzgün istifadə (və əməkdaşlıq) edə bilmək, təbii ki, digər məsələdir (məsələn, Vəxş çayı üzərində tikilən Roqun hidroenerji stansiyası kimi. P.s. Vəxş çayı Qırğızıstanda Qızıl Su çayıdır və Tacikistan-Əfqanıstan sərhəddində Pənc çayı ilə birləşərək Mərkəzi Asiyanın iki mühüm çayından biri olan Amu Dəryanı formalaşdırır). 
Regionun coğrafiyası, xüsusi ilə su təssərrüfatının yerləşməsi və əsas region çayları üzərində ölkələrin "incə idarəetmə siyasəti”nin yeni münaqişə potensiallarını formalaşdrıacağı qaçılmazdır. 

Region daxilində bir birinin daxili işlərinə açıq müdaxilə halları daha aydın şəkildə Tacikistan Vətəndaş Müharibəsi zamanı özünü göstərmişdi. Rəsmi olaraq 1997-ci ildə bitmiş vətəndaş müharibəsi dövründən Tacikistian İ.Rəhman tərəfindən idarə olunur, bu dövr ərzində Qırğızıstanda isə bir neçə zorakı hakimiyyət dəyişiklikləri baş vermişdir. Bir sıra hallarda, ehtimal nəzəriyyəsi bu hadisələrin ABŞ-Rusiya mübarizəsinin fonunda baş verdiyini iddia edir. İki ölkənin (böyük dövlətlərin) dövrlər üzrə olan siyasətlərinin və aktivliyinin analizi bəzən bu ehtimallara inanmaq üçün zəmin də formalaşdırır. 
Bütün hallarda, hər iki ölkənin Rusiyadan asılılığı kifayət qədər yüksəkdir. İstər Tacikistan, istərsə də Qırğızıstan müstəqillik dönəmində rus dilinə xüsusi ünsiyyət statusu vermişdir. Hər iki ölkə KTMT-nın üzvüdür və Rusiya hərbi bazalarının yerləşdiyi ölkələr sırasındadır. Son illər ərzində Rusiya hər iki ölkədəki hərbi bazalarında hava hücumundan müdafiə sistemlərini (S-300 raket kompleksləri yerləşdirmək daxil olmaqla) gücləndirmişdir. Rusiya Çin və ABŞ-ı burada əsas rəqib kimi tanıyır (Çinin qərbə doğru genişlənməsi (OBOR və s) daha aqressiv xarakter almaqdadır).

Bu illər ərazində, Mərkəzi Asiya həm də Rusiya və ABŞ (və NATO) mübarizəsinin (hərbi kontingentin yaxın məsafədə yerləşməsi daxil) ən sıx regionlarından biri olmuşdur (xüsusi ilə Qırğızıstandakı Kant ərazisində).

Region ölkələri arasında münaqişəyə real səbəblərdən biri də ölkələr arasında mədəni müxtəlifliyin yaratdığı "risklərdir”. Bu müxtəliflik Sovet İttifaqının sərhəd siyasəti və geniş Fərqanə Vadisinin (Özbəkistan, Tacikistan, Qırğızıstan) zəngin milli kompozisiyası, eləcə də dini və siyasi aktivliyi (radikal dini təşkilatlanmalar əsasən bu ərazilərdə formalaşmış və fəaliyyət göstərmişdilər) ilə seçilir (bununla yanaşı, regionda islamçıların hakimiyyətə gəlişi Tacikistanda baş vermişdir). Hazırki münaqişə də coğrafi Fərqanə vadisi ərazisində baş verir. Əvvəllər də baş vermiş toqquşmaların yerli icmalar arasında bir-birinə kütləvi hücumlar fonunda baş verməsi isə etnik münaqişə potensialını daha da artırır (ehtimalından xəbər verir). 

P.S. Taciklərin öz milli identikliyini arişləşdirməsi və "taclılar” olaraq regionda əsas xalq olması kimi iddiaları, eləcə də digər region xalqların milli brendləşmələri həm region daxilində üstünlüyün ifadə edilməsinə, həm də daxili milli bütövlüyün təmin olunmasına xidmət edir. Milli bütövlüyün (integrity) formalaşdırılması isə ölkələr üçün vacibdir, xüsusi ilə Fərqanə vadisi ölkələri üçün. Nəzərə almaq lazımdır ki, regionun bu hissəsində istər taciklərin, istərsə də qırğız və özbəklərin qonşu ölkələrdə geniş azlıqlarların əsas vətənlərinə (homeland) münasibətləri bölücülüklə nəticələnə bilər (mədəni və iznibati sərhədlərin müəyyən edilməsinin tarixi buna zəmin yaradır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->