Dünya 09:04 02.12.2021

Qırğızıstan Türkiyə ilə bağlı yayılan xəbəri təkzib etdi: “Feykdir...”

Qırğız Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi Türkiyənin Qırğızıstanda dövlət çevrilişi hazırlanmasında iştirak etməsiylə bağlı məlumatı təkzib edib.

Qaynarinfo Sputnik Qırğızıstan-a istinadla xəbər verir ki, bundan əvvəl internetdə və bəzi beynəlxalq KİV-lərdə (mənbələrə istinadla) Türkiyənin iştirakı ilə Bişkekdə dövlət çevrilişinin hazırlanması barədə məlumatlar yayılıb.

"Bu məlumat saxtadır və reallığa uyğun deyil”, - deyə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən bildirilib.

Departament rəsmi olaraq bəyan edir ki, heç bir xarici dövlət Qırğızıstanın daxili siyasi işlərinə qarışa bilməz və dövlət komitəsi heç bir müdaxiləyə, o cümlədən kənar qüvvələrin cəmiyyətdə və dövlətdə baş verən proseslərə təsir etmək cəhdlərinə yol verməyəcək.
 
Alpər