Dünya 10:40 30.06.2020

Qırğızıstanın həbsdə olan eks-prezidenti ikitərəfli sətəlcəm oldu

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasından ikitərəfli sətəlcəm diaqnozu ilə xəstəxanaya köçürülüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Atambayev 29 iyunda səhhətindən şikayətlənib, COVID-19 testindən keçib, amma test nəticəsi mənfi olub.

Hesabatda Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasının normal işləməsi iddia olunur. Koronavirus əlamətləri aşkarlanmadığı istintaq təcridxanasının bütün işçiləri COVID-19 testindən keçirilib.

Qeyd edək ki, Atambaev eks-prezident statusundan məhrum olunub. O, ağır və xüsusilə ağır cinayətlərdə ittiham edilib. Siyasətçi dəfələrlə ona və tərəfdarlarına qarşı irəli sürülən bütün ittihamların siyasi xarakter daşıdığını bəyan edib.

Alpər