İdman 17:29 18.01.2022

Qış olimpiadası ilk dəfə Azərbaycanda yayımlanmayacaq

Azərbaycanda ilk dəfə Qış Olimpiya Oyunları canlı yayımlanmayacaq.

"Report"un məlumatına görə, Çinin paytaxtı Pekində keçiriləcək olimpiadanı heç bir telekanal ekranlara gətirməyəcək.

Daha əvvəl Pxençxan-2018 "İdman TV"də, Soçi-2014 və Vankuver-2010 "İctimai TV"də yayımlanıb.

Qeyd edək ki, Pekin-2022 4 - 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova olimpiadaya lisenziya qazanıb.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?