Xəbər lenti

Qışda hansı prosedurlar edilə bilər? - Kosmetoloq açıqladı
Sağlamlıq 22:32 23.12.2025

Qışda hansı prosedurlar edilə bilər? - Kosmetoloq açıqladı

"Qış aylarında mezoterapiya və biorivitalizasiya kimi inyeksiya prosedurlarını etmək mümkündür". 

Qaynarinfo xəbər verir ki, bunu gazeta.ru-ya kosmetoloq Svetlana Boqaçeva bildirib.

"Əgər payızda dərini hazırlamağa vaxtınız olmayıbsa, tövsiyəm inyeksiya prosedurları ilə başlamaqdır, məsələn mezoterapiya və biorivitalizasiya. Metod və preparat seçimi fərdi qaydada aparılır. Lakin əksər hallarda mən kompleks preparatları seçirəm, hansılar ki, yalnız hialuron turşusu deyil, həm də amin turşuları, peptidlər, vitaminlər, mikroelementlər, antioksidantlar və digər faydalı komponentləri əhatə edir. Bunlar dərini nəmləndirməyə, bərpa etməyə və metabolik prosesləri normallaşdırmağa kömək edir", deyə ekspert bildirib.

O, inyeksiya prosedurları arasında tez-tez plazmoterapiyanı da tətbiq etdiyini vurğulayıb. Bu prosedura dərinin keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, dərinin immunitetini də artırır. Boqaçeva bildirib ki, bu prosedurlardan sonra aparat prosedurlarına keçmək olar:

"Top siyahımda foto-yaşlanma proseduru var, biz bunu BBL və IPL aparatlarında edirik. Bu proseduru yayda yalnız mənim tövsiyələrimə ciddi riayət olunarsa, çox nadir hallarda edirəm. Lakin ən yaxşısı onu payız-qış dövründə etməkdir. Müasir aparatlarda genişzolaqlı impulslu işıqdan istifadə olunur, bu da hiperpiqmentasiya, kuperoz, damar ulduzları, genişlənmiş məsamələr, qırışlar və dərinin sallanması ilə mübarizədə aktiv kömək edir".

Digər prosedur isə mikroiynəli RF-dir.

"Prosedur "Vivace" aparatında aparılır və lokal anesteziya ilə kifayət qədər asan keçir. Mikroiynəli RF-lifting sürətli reabilitasiya, təhlükəsizlik və universal xüsusiyyətlərə malikdir. İki tip başlıq və müxtəlif parametrlərdən istifadə ilə aparılan prosedur yalnız əməliyyatsız lifting effekti vermir, həm də qırışlar, dərin qatlar, dərinin sallanması və tonusun itməsi, "ikinci çənə”, sallanan yanaqlar və müxtəlif səbəbli çapıqlar kimi estetik problemləri həll etməyə kömək edir", deyə həkim bildirib.

Boqaçeva həmçinin fraksional lazerli yeniləmə və şlifovkaları tövsiyə edib: 

"Bunları qış dövründə etmək daha yaxşıdır, çünki ablyasiya təsiri nəticəsində ikinci dərəcəli piqmentasiya riski yüksək ola bilər. Qışda isə SPF 50+ istifadə edildikdə risk minimuma enir. Lakin prosedura başlamazdan əvvəl inyeksiya hazırlığı və reabilitasiya dövründə, o cümlədən kollagenoterapiya prosedurlarının tətbiqini unutmamaq lazımdır".

Onun sözlərinə görə, qışda həmçinin yeni törəmələrin (papillom, ləkə, keratom və s.) lazerlə çıxarılması və fotoepilyasiya da edilə bilər. Həkim əlavə edib ki, aparat prosedurlarından başqa, həm səthi, həm də orta səviyyəli pilinqlərlə kurs prosedurları da aparıla bilər:

"Bundan əlavə, mövsümdən asılı olmayaraq, "Fotona" aparatında lazer lifting, UCOS aparatında "SMAS-lifting" və "Olijio" aparatında radiozolaqlı lifting prosedurlarını da davam etdiririk".

Boqaçeva xəbərdar edib ki, bütün prosedurlar fərdi göstəricilər və dərinin vəziyyəti nəzərə alınaraq aparılmalıdır:

"Peşəkar, təcrübəli mütəxəssisin əlində, düzgün hazırlıq və bərpa proqramı ilə, prosedurdan əvvəl və sonra müəyyən qaydalara riayət edildikdə, demək olar ki, istənilən proseduru risksiz etmək mümkündür".

Aydın

Sorğu

--> -->