Xəbər lenti

Ölkə 18:22 05.10.2018

Qiymətləri tənzimlənmiş dərman vasitələrinin tam siyahısı açıqlandı

Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənmiş dərman vasitələrinin icmal siyahısı dərc olunub. 

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı qərarı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev imzalayıb. 

Siyahıda 11201 dərman vasitəsinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi, istehsalçı şirkəti, topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi yer alıb. 

Qərar imzalandığı gündən qüvvəyə minir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?