“QIZIL BUTA” milli mükafatı qaliblərə təqdim olundu (FOTO/VİDEO)
Dekabrın 26-da Bakı Biznes Mərkəzində Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin (DAİM) təsis etdiyi "QIZIL BUTA” milli mükafatının təqdimat mərasimi olub.
Qaynarinfo xalq.az-a istinadən məlumat verir ki, tədbirdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sahibkarlar, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DAİM Mərkəizinin-in sədri Zaur Mirzəzadə çıxış edərək hər il ənənəvi olaraq reallaşan təqdimat mərasimi haqqında məlumat verib. Deyib ki, bu mükafat respublikamızın həyatında aktiv fəaliyyət göstərən müvafiq sahənin nümayəndələrinə təqdim edilir.
Qeyd edib ki, budəfəki sorğu, "XALQ.AZ” xəbər portalının texniki dəstəyi, anket-sorğu formasında sosial şəbəkələrdə, həmçinin DAİM Mərkəzinin koordinatorları tərəfindən respondentlər arasında bölgələrdə aparılıb. Sosial şəbəkələrdə aparılan sorğulara əsasən qaliblər müəyyən olunub.
2018-ci ildə ölkəmizinin bütün sahələrində qazanılan inkişafdan söz açan Zaur Mirzə-zadə söyləyib ki, bütün bunlar Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir."Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycanın inkişafı naminə hər kəs əlindən gələni etməli, ölkəmizin qüdrətinin daha da artmasına çalışmalı, inkişafa yönələn siyasi kursa dəstək verməlidir. Cəmiyyətimizdə bu sahədə aktiv olan çoxsaylı gənclərimiz var, ümid edirəm ki, onlar dövlətimizin çiçəklənməsinə səy göstərərək uğurlu siyasi strategiyaya töhfələr verəcək”, – deyə Z.Mirzəzadə vurğulayıb.
Sonra müxtəlif nominasiyalar üzrə qaliblərə "QIZIL BUTA” milli mükafatı təqdim edilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər