Xəbər lenti

Foto 11:28 29.12.2017

“Qızıl Buta” və “Qızıl Kürə" mükafatları qaliblərə təqdim olundu - FOTOLAR

Ötən gün BMM-də Dünya Azərbaycanlıları İctimai Mərkəzi və  "Avrasiya” İR Mərkəzi  "QIZIL BUTA” və "QIZIL KÜRƏ” mükafatlarının qaliblərin təqdimatına həsr olunmuş tədbir keçirilib.

Mərkəzdən Qaynarinfo-ya verilən məlumata görə, "DAİM”-in  sədri Zaur Mirzə-zadə əvvəlcə qurumun yaranma tarixi və məqsədləri barədə danışıb. Qeyd edib ki, "DAİM” 2005-ci ildə yaradılıb. Təşkilatın yaradılmasında məqsəd Azərbaycanı dünya standartlarına uyğunlaşdırmaq istiqamətində layihələr, proqramlar hazırlamaq, araşdırmalar aparmaqdır.

Zaur Mirzə-zadə daha sonra təsis etdiyi mükafat barədə danışıb. Qeyd edib ki, mərkəzin koordinatorları 2017-cı ilin yekunlarına dair respublika üzrə respondentlər arasında sorğular keçirilib .
Sorğunun birinci mərhələsində ölkə üzrə 14 700 vətəndaş, ikinci mərhələdə isə xaricdə təhsil alan gənclərimizdən 760 nəfər iştirak edib. Beləliklə də, laureatlar müəyyənləşdirilib. 

Mərkəz rəhbəri bildirib ki, sorğuların keçirilməsində məqsəd Azərbaycan cəmiyyətində xalqımız və Vətənimiz üçün çalışan insanları dəyərləndirmək və dünya ictimaiyyəti qarşısında onların gördüyü işlər barədə məlumat verməkdir. 

Tədbirdə "QIZIL BUTA” və "QIZIL KÜRƏ” mükafatları qaliblərə təqdim olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?