Xəbər lenti

İdman 12:43 02.08.2020

"Qızıl buts"un sahibi bəlli oldu

"Latsio"nun forvardı Çiro İmmobile A seriyasında bombardirlik rekordunu yeniləyib və "Qızıl buts"a sahib çıxıb.

Qaynarinfo Fanat.az-a istinadən xəbər verir ki, 30 yaşlı oyunçu buna 38-ci turda "Napoli" ilə matçda (1:3) nail olub. O, 22-ci dəqiqədə fərqlənməklə 1 mövsümdə vurduğu qolların sayını 36-ya çatdırıb. İmmobile bununla da "Napoli"nin sabiq futbolçusu Qonsalo İquainin 2015-2016-cı illər mövsümündəki rekordunu yeniləyib.

Bundan əlavə italiyalı oyunçu Avropa çempionatlarının ən məhsuldar futbolçusu kimi "Qızıl buts" mükafatını qazanıb.

Qeyd edək ki, bu mövsüm ən çox qol vuran 2-ci futbolçu  "Bavariya"dan Robert Levandovski (34 qol), 3-cü isə "Yuventus"dan Kriştiano Ronaldo (31 qol) olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->