2024-cü ildə qızıl hasilatı 20 faizdən çox artaraq 3661 ton səviyyəsinə çatıb.
Qaynarinfo xəbər verir ki, 2025-ci ildə isə sarı metal bir neçə dəfə qiymət rekordunu yeniləyib. Bu artım zəif dollar, mərkəzi bankların fəal alışları və qlobal qeyri-müəyyənliklərlə bağlı olub.
Dünya hasilatında lider Afrika qitəsidir - 2024-cü ildə burada 1010 ton qızıl çıxarılıb. Qitədə ilk yeri 141 tonla Qana tutur, ardınca Mali (100 ton) və Cənubi Afrika (99 ton) gəlir. Mütəxəssislər qeyd edirlər ki, zəngin mineral ehtiyatlara baxmayaraq, bəzi bölgələrdə siyasi və əməliyyat çətinlikləri istehsala təsir göstərir.
Dünya səviyyəsində isə Çin, Rusiya və Avstraliya ön plandadır. Çin 380 tonla əsas istehsalçı olaraq qalır, Rusiya 330 tonla ikinci yerdədir. Yalnız bu iki ölkə dünya hasilatının 20 faizini təmin edir.
Avstraliya 284 tonla Qərbin ən iri istehsalçısıdır və Okeaniya üzrə ümumi 346 tonluq hasilatın əsas hissəsini təşkil edir.
Şimali Amerika 500 ton hasilatla güclü istehsalçı olaraq qalır - Kanada 202 ton, ABŞ 158 ton və Meksika 140 ton çıxarıb.
Mərkəzi və Cənubi Amerika isə 519 ton hasilatla önə çıxır. Burada əsas istehsalçılar Peru (137 ton), Braziliya (84 ton) və Kolumbiyadır (66 ton). Onların payı birlikdə dünya təchizatının beşdə birindən çoxunu təşkil edir.
Keçən il "Fitch Solutions" 2023–2032-ci illərdə qızıl hasilatının 15 faiz artacağını proqnozlaşdırmışdı. Amma artım artıq bir ildə 20 faizi ötüb.
Qiymətlərə gəlincə, 9 sentyabrda qızıl tarixi maksimuma çatıb. ABŞ Federal Ehtiyat Sistemi tərəfindən faizlərin azaldılması gözləntiləri fonunda bir troya unsiyası (31 qram) 3647 dollara qədər bahalaşıb. Bu isə 1 qram qızılın 117,65 dollar dəyərində olması deməkdir.
Bundan əvvəl gizli mədəndə 100 tondan çox ehtiyata malik yeni qızıl yatağı tapıldığı bildirilmişdi. Həmçinin yaxınlarda Serbiyada iri mis və qızıl ehtiyatları aşkar olunub. Orada qızılın ehtiyatı 92 ton təşkil edir, orta tərkibi isə 0,61 qram/tondur.
Aydın
Şərhlər