Xəbər lenti

Ölkə 18:54 30.01.2026

"Dəniz" kafesində oğurluq: "Özündə olmayan" usta 125 manat oğurlayıb

Qaradağ rayonunun Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Dəniz” kafesində oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun məlumatına görə, kafedən 1250 manat pul oğurlanıb. 

Hadisəyə görə, sözügedən kafedə usta işləyən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində polisin nəzarəti altına vermə qaətimkan tədbiri seçilib. 

Cinayət işinə Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilməyib. Onun sözlərinə görə, kafedə usta işləyib. Zərəçəkmiş şəxs isə onun pulunu verməyib. Bu baxımdan, onunla aralarında münaqişə yaranıb. 

Lakin müttəhim sonrakı məhkəmə iclaslarında özünü təqsirli bildiyini deyib. Əlavə edib ki, həmin vaxt özündə olmadığı üçün isə hadisəni xatırlamır.
Məhkəmənin hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Onun şübhəli şəxs kimi tutulduğu 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

Seyid
--> -->