Xəbər lenti

Yer kürəsində ulduzlara ən yaxın nöqtə hansıdır?
Dünya 22:12 30.01.2026

Yer kürəsində ulduzlara ən yaxın nöqtə hansıdır?

Çoxları düşünə bilər ki, bu ən yüksək zirvələr – Everest və ya K2-dir. Lakin həqiqət bir az fərqlidir. 

Qaynarinfo "IFScience" jurnalına istinadən xəbər verir ki, ulduzlara ən yaxın nöqtə Ekvadorda yerləşən Çimboraso vulkanıdır. Bu dağ artıq vulkan olsa da, aktiv deyil və hündürlüyü dəniz səviyyəsindən 6268 metrdir.

Bu, Everest (8849 m) və ya K2 (8611 m) ilə müqayisədə xeyli azdır və hətta Çimboraso Cənubi Amerikadakı dağların ən yüksək zirvəsi deyil – And dağlarının 37-ci yüksək zirvəsidir.

Amma Çimboraso zirvəsi texniki baxımdan Günəşə və ulduzlara daha yaxındır, çünki o, ekvator yaxınlığında yerləşir. Yer faktiki olaraq yastıqlanmış sferoid şəklindədir: fırlanma səbəbindən ekvator ətrafında planet qalınlaşır, qütblərdən daha uzaq "çıxıntı” əmələ gəlir.

Everest ekvatordan kifayət qədər uzaqda, Nepal və Çin sərhədində (28° şimal enliyi) yerləşdiyi üçün bu baxımdan əlverişsizdir. Çimboraso isə demək olar ki, ekvator üzərindədir – yalnız 1° cənub enliyində, yəni Yer kürəsinin "ən qalın” hissəsinə çox yaxındır. Bu da onu planetimizin mərkəzindən ən uzaq nöqtə edir.

Beləliklə, "Dünyanın zirvəsindəyəm!” demək üçün Everestə çıxmağa ehtiyac yoxdur. Everestə çıxmaq adətən 10 günlük yürüş, 6 həftə aklimatizasiya və 7–9 günlük zirvəyə qalxış tələb edir. Çimborasoya çıxış isə təxminən iki həftəyə başa gəlir, son zirvəyə qalxış isə 1–2 gün davam edir.

Aydın

--> -->