Dünya 23:07 10.04.2021

Qızlar nədən “əclaf” oğlanları seçir? - Regina Todorenko

Aparıcı Regina Todorenko İnstaqram səhifəsində özünün və digər qızların niyə tez-tez qəribə kişilər seçdiyindən yazıb.
 
Qaynarinfo xəbər verir ki, onun fikrincə, bu, baş çıxarması çox çətin olan bir ssenarinin icrasıdır. Nəticədə isə qızlar xoşbəxtliyə layiq olmadığını düşünməyə başlayır.

Regina abunəçilərini hər kəsin xoşbəxtliyə layiq olduğuna əmin edir. Ancaq "qəribə" münasibətlərdən çıxmaq üçün səy göstərmək lazımdır. Populyar aparıcı deyir ki, ən asan yol oyundan çıxmaq və ya kompüter oyunlarında olduğu kimi təsirli bir alqoritm tapmaqdır.

Aparıcı öz fikirlərini qızıl həlqəli qara mayo geyimli fotoşəkillə qüvvətləndirib.

Cavab olaraq abunəçilər Todorenkonu layk və heyranlıq sözləri yağmuruna tutublar. Üstəlik onun postunu qısaca belə xülasə ediblər: "Bütün problemlər kişilərdədir".
 
Alpər