Qloriya fırtınası İspaniyada 11 can aldı

Qloriya fırtınası İspaniyada 11 can aldı

İspaniyanın şərq sahillərini Qloriya fırtınası səbəbindən ölənlərin sayı 11-ə çatıb, 5 nəfərin isə aqibəti barədə məlumat yoxdur.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Mülki Müdafiə İdarəsi fırtınanın səngiməsinə baxmayaraq, əhalini təmkinli davranmağa çağırıb.

Güclü qar, şiddətli yağış və küləklə müşahidə olunan fırtınanın vurduğu zərərin milyonlarla avro dəyərində olduğu bildirilir. Saatda 100 kilometr sürətlə əsən külək, 10 metrə qədər yüksələn dalğalar və yağış İspaniyanın ən münbit əkin sahələrini yararsız vəziyyətə salıb.
XƏBƏRLƏR
BLOGLAR