Gürcüstanda cari ilin 9 ayında 517 HİV-ə yoluxma faktı qeydə alınıb.
Bu, 2017-ci illə müqayisədə 49 fakt çoxdur.
Qaynarinfo Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Elmi-Tədqiqat İmmunologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, bu gün ölkədə 7 min 283 nəfər HİV-ə yoluxmuş xəstə var. Onların 5400-nü kişilər, 1800-nü qadınlar təşkil edir. Bu xəstəliyə yoluxanların böyük əksəriyyəti 29-39 yaş arasında olan insanlardır.
Ölkədə QİÇS-ə yoluxanların sayı isə 3700-ü ötüb. Bu günədək QİÇS-dən 1400 nəfər dünyasını dəyişib. Hazırda 4400 nəfər, o cümlədən 48 uşaq bu xəstəlikdən müalicə alır.
Gürcüstanda HİV-ə yoluxanların ən çoxu paytaxt Tbilisidə qeydə alınıb – 2600 nəfər. Mərkəzin məlumatına görə, ölkədə HİV-ə yoluxma halları durmadan artır.
Şərhlər