"Qrip simptomların çox sürətlə artması ilə xarakterizə olunduğundan, laboratoriya müayinələri olmadan "flurona”nı müəyyən etmək asan deyil".
Qaynarinfo xəbər verir ki, Moskva Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun klinik işlər üzrə direktor müavini G.N. Qabriçevski Rospotrebnadzor, tibb elmləri doktoru Tatyana Ruzhentsova insanların qrip və koronavirusla eyni vaxtda infeksiyanı necə təyin edəcəklərini açıqlayıblar.
Onun sözlərinə görə, "Flurona” ingilis dilində "flu” və "coronavirus” sözlərinin birləşməsindən yaranıb:
"İlk dəfə olaraq, İsraildə 2021-ci il dekabrın sonunda peyvənd olunmayan qadınlardan birində eyni vaxtda iki virusa yoluxma aşkar edilib. Yanvarın 4-də həmçinin Braziliyada ən azı dörd "flurona” hadisəsinin müəyyən edilib. Xəstənin hərarəti bir neçə saat ərzində 38-39 dərəcəyə qalxa bilər. Baş ağrısı və əzələ ağrıları da müşahidə oluna bilər".
Tatyana Ruzhentsova vurğulayıb ki, COVID-19 ilə xəstəliyin əlamətləri tədricən inkişaf edir:
"Ancaq yuxarıdakı simptomlara qoxu itkisi və dadın dəyişməsi əlavə edilərsə, bu, eyni vaxtda iki virusla infeksiyanı göstərə bilər. Bu halda düzgün müalicəni yalnız həkim təyin edə bilər. COVID-19-da istifadə olunan geniş spektrli virus əleyhinə preparatlar hər iki virusa qarşı uyğundur, ona görə də terapiya əlavə dərman tələb etmir".
Xəyal
Şərhlər