Qriqoryan: “Sərkisyan kriminal avtoritetlərlə oturub-durur...”

Qriqoryan: “Sərkisyan kriminal avtoritetlərlə oturub-durur...”

"Dövlət güclü olmalı və müxtəlif "qanuni oğruların", kriminal avtoritetlərin üstünlük təşkil etməsinə imkan verməməlidir”.

Qaynarinfo "Sputnik armeniya”ya istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentində keçirilən brifinqdə hakim "Mənim addımım" fraksiyasının üzvü Suren Qriqoryan eks-prezident Serj Sərkisyanın qanuni oğrularla oturub-durması haqda danışarkən deyib.

"Dövlət cinayət subkulturalarına qarşı zəif və dözümlü olmasa, onda inkişaf və çiçəklənmə üçün zəmin olmayacaq. Ancaq biz dəfələrlə dövlət adamlarının cinayət avtoritetləriylə necə təmasda olduqlarını görmüşük. Elə özüm Serj Sərkisyanın kriminal avtoritetlərin olduğu bir ziyafətdə necə iştirak etməsini əks etdirən ən azı bir videonu görmüşəm”, - Qriqoryan deyib.

O, hesab edir ki, cinayət subkulturası ölkədə cinayətlərin sayının artmasının kök səbəblərindən biridir. Cinayətkarlıqla mübarizə ilk növbədə onun aradan qaldırılmasını əhatə edir.

Qeyd edək ki, Erməni deputatlar bir neçə gündür ki, cinayət submədəniyyətlərini, bu subkulturalara üzv olmağı, kriminal avtoritetlərlə ünsiyyəti və s. qadağan edən cinayət və cinayət prosessual məcəllələrinə dəyişiklikləri müzakirə edir.

Alpər
XƏBƏRLƏR
BLOGLAR