Video 13:12 19.08.2019

Qubada meşə-kolluq ərazidə yanğın davam edir (YENİLƏNİB/VİDEO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"a bildirib ki, yanğın meşə fondu ərazisində deyil, Quba və Şabran rayonları arasındakı bələdiyyə fonduna aid torpaqlarda müşahidə olunur.

"Lakin buna baxmayaraq, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının bütün əməkdaşları ərazidədir və yanğının söndürülməsi üçün səfərbər olunub" deyə İradə İbrahimova bildirib.

Əraziyə FHN-in Quba Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğın təxminən 10 hektara yaxın ərazini əhatə edir.

11.27

Quba və Şabran rayonlarının sərhədində meşə massivində güclü yanğın başlayıb.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.