Xəbər lenti

Quba
Ölkə 18:22 04.06.2018

Quba "Vikipediyaçılar"a ev sahibliyi etdi

"Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Quba rayonunda Azərbaycandilli Vikipediya könüllülərinin "Bahar düşərgəsi” keçirilib.

2-3 iyun tarixlərini əhatə edən vikidüşərgə müddətində vikipediyaçılar üçün təlimlər keçirilmiş, iştirakçılar həm Azərbaycan, həm də digər dillərdəki Vikipediyalarda məqalələr yaradaraq redaktələr edib, həmçinin Vikipediya və digər əlaqəli vikilayihələr üçün ortaq fayl anbarı olan Vikianbara yükləmək məqsədilə Quba rayonunun tarixi-mədəniyyət abidələrinə, bunlardan əlavə, Quba Heydər Əliyev Mərkəzinə, Quba Soyqırımı Memorial Kompleksinə və Quba Tarix-Diyarşünaslıq Muzeyinəsəfəredərək fotoşəkillər çəkiblər.

"Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin sədri Elgün Atalıyevin verdiyi məlumata görə, düşərgəyə 35 iştirakçı seçilib və düşərgə dövründə qarşıya qoyulan məqsədlərə nail olunub.

Düşərgənin təşkilində əsas məqsədlər Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi, multikulturalizm cəhətdən zəngin olan və qədim tarixə malik Quba rayonu və onun mədəniyyətinə dair Vikipediyada məqalələrin yaradılması, Vikipediyanın çağdaş dönəmdə informasiyanın əldə edilməsində xüsusi əhəmiyyətə malik virtual məlumat platforması olmasının Azərbaycan cəmiyyətində aktuallaşdırılması, Vikipediyadan istifadənin kütləviləşdirilməsi, müasir texnoloji vasitələrdən istifadə etmək bacarığına malik gənc könüllülərin Vikipediyaya cəlb edilməsi, Vikipediyanın Azərbaycan dili bölməsi üzrə, eyni zamanda digər aparıcı dil bölmələrində ölkəmizlə bağlı fəaliyyətin məqsədli və planlı şəkildə həyata keçirilməsi üçün maarifləndirmə tədbirlərinin görülməsidir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->