Foto 16:56 02.12.2020

Qubanın Buduq kəndinə güclü qar yağdı, yol bağlandı (FOTOLAR)

Qubanın mərkəzindən 35 km aralıda yerləşən Buduq kəndinə gedən yol bağlanıb.

Buna ötən gündən bəri yağan güclü qar səbəb olub.

Kənd sakinləri yolu açmaq üçün qarı təmizləməyə çalışıblar. Lakin Quba-Buduq yolu sərt dağlıq olduğundan, külək qarı yola töküb. Hazırda kənd yolu bağlı olaraq qalır.//Qafqazinfo.az