Video 14:09 28.01.2020

Quduzluğa yoluxaraq ölən 4-cü sinif şagirdinin anası: “4 gün içərisində halı dəyişdi” (VİDEO)

ARB TV-nin "Elgizlə İzlə” verilişində ötən gün dünyasını dəyişən 4-cü sinif şagirdinin ailəsi ilə bağlı süjet yayımlanıb.

Qaynar TV xəbər verir ki, mərhum Ömərov Poladın anası hadisə zamanı evdə olmadığını deyib:

"Mən evdə yox idim, uşaq çölə çıxan zaman qapıda it dişləyib. Yaxşı idi. 4 gün içərisində halı dəyişdi”.