Xəbər lenti

"30 il sonra ilin iş adamı robot seçiləcək"
Texnologiya 09:38 28.04.2017

"30 il sonra ilin iş adamı robot seçiləcək"

"Alibaba Group” şirkətinin CEO-su Jack Ma, internet texnologiyaları sayəsində iqtisadiyyatda yaranacaq inqilaba hazırlaşmağı məsləhət görüb.

"Qaynar" Technote-yə istinadla xəbər verir ki, Çində keçirilmiş tədbirlərdən birində Jack Ma öz çıxışı zamanı qeyd edib ki, dünya təhsil sistemini dəyişməli, robotlarla əməkdaşlığa hazılaşmalıdır. "Növbəti 30 il ərzində dünyanı sevincdən çox kədər gözləyir. Yaxın 30 il ərzində olacaq sosial konfliktlər, cəmiyyətin hər bir sahə və sinfinə təsir edəcək” – deyə Jack Ma bildirib.

O həmçinin qeyd edib ki, elektron kommersiya inkişafı dövründə "Alibaba Group”u yaradan zaman o, rəqəmsal texnologiyaların təhlükəsini öncədən görmüşdü. Lakin həmin vaxtda ona çox az adam fikir vermişdi. Qeyd etmək lazımdır ki, "Alibaba Group” həqiqətən də ticarət bazarını dəyişir. "BCG” adlı konsaltinq şirkətinin statistikalarına görə 2035-ci ilə kimi "Alibaba Group”, Çinin rəqəmsal iqtisadiyyatında 415 milyon iş yerindən 122 milyonunu yaradacaq (29.4% iş yeri). "Alibaba Group”un təkcə elektron ticarət platforması artıq 31 milyon iş yerinin yaradılmasına öz töhvəsini verib.



Jack Ma qeyd edib ki, ənənəvi sahələrin nümayəndələri, internet və onun iqtisadiyyata olan təsiri barədə şikayət etməməlidirlər. "Alibaba Group” ilə olan misal onu sübut edir ki, informasiya texnologiyaları yeni iş yerlərinin yaradılmasına təkan verir. Son illərdə Jack Ma-nın şirkəti həmçinin bulud texnologiyalarının hazırlanması ilə də məşğul olur. Onun fikrincə bir çox müəssisələr, bulud və süni zəka texnologiyalarına fikir verməlidirlər. Əgər rəhbərlər bu texnologiyaların dəyərini anlamırlarsa, onda onlar gənc mütəxəssislərə müraciət etməlidirlər. Lakin buna baxmayaraq, 30 ildən sonra iş yerləri artmayacaq və süni zəka, əmək bazarına öz təsirini göstərəcək.

Jack Ma, dövlətlərə gec olmadan təhsil islahatlarının keçirilməsini və robotlara lazımi sərhədlərin qoyulmasını məsləhət görür.


Onun fikrincə, robotlar və süni zəka yalnız insanın görə bilmədiyi işləri görməlidir. Süni zəkanın əsas xüsusiyyətlərindən biri onun hansısa şirkəti idarə etmə bacarığı ola bilər.

"Çox güman ki, 30 ildən sonra "Time" jurnalının üz qabığında ilin ən yaxşı rəhbəri kimi robotun fotosu əks olunacaq. O sizdən daha yaxşı yadda saxlamaq qabiliyyətinə sahibdir. O sizdən daha yaxşı hesablaya bilir və o öz rəqiblərinə hirslənməyəcək” – deyə Jack Ma qeyd edib.

Qaynar.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->