Dünya 09:40 29.11.2013

"Allahu əkbər!" deyib 7 nəfəri edam etdilər - VİDEO


Beynəlxalq "Əl Qaida" terror şəbəkəsinin Suriyadakı qruplaşmalarından olan "İraq və Levantın İslam Dövləti"nin (İSL) üzvləri rəqib "Qüraba əş Şam" qruplaşmasının üzvlərini edam ediblər.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, internetdə yayılmış videoda edam səhnələri əks olunub. "İraq və Levantın İslam Dövləti"nin (İSL) rəhbərliyi ilə üzvlərinin qarşısında rəqib qruplaşmanın komandiri, habelə 6 üzvü var.

Suriyanın İdlib vilayətindəki Ətarib şəhərində çəkilmiş bu videoda qarşıda diz çöküdürülb oturdulan şəxs "Qüraba əş Şam" qruplaşmasının komandiri Həsən Cəzirədir.

"Qürəba əş Şam" qruplaşması Suriyada prezident Bəşər Əsəd rejiminə qarşı hərbi əməliyyatlara başlamış müxalifətə ilk qoşulan dəstələrdən idi.
Ekspertlərin dediklərinə görə, Suriyada "Əl Qaida" qruplaşmaları arasında toqquşma və döyüşlərin səbəbləri bu və digər ərazilərə nəzarət, habelə "şikar"ların, yəni quldurluq və qarət nəticəsində əldə edilmiş nəsnələrin bölüşdürülməsi ilə bağlı mübahisələrdir.

İSL üzvləri rəqib "Qürəba əş Şam"ın mənsublarını ötən ay tutmuşdular. İki həftə əvvəl onlar "Şəriət məhkəməsi"nə cəlb olunublar, edam isə bu günlərdə gerçəkləşdirilib.

"Əl Qaida" ilə bağlı olan terrorçular Suriyadakı qanlı vətəndaş müharibəsi vəziyyətindən istifadə edərək silahlı müxalifətin müxtəlif dəstələri və qrupları üzərində nəzarətə yiyələnməyə çalışırlar.

Noyabrın ortalarında İSL üzvləri "Əl Qaida" üzvlərindən birini "səhvən" Bəşər Əsəd tərəfdarı hesab edərək onun başını kəsmiş, sonra "üzr" istəmişdilər.

"Qürəba əş Şam" üzvləri İSL mənsublarının "Allahu əkbər!" demələrindən sonra güllələniblər. Onların güllələndən sonra başlarının bədənlərindən ayrıldığı da iddia olunur.


Qaynar.info