İspaniyanın "Atletiko" klubu "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin III tur matçı üçün Bakıya AZAL-a məxsus təyyarə ilə gəlir.
"Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, Madriddəki "Baraxas" Hava Limanından səmaya qalxan təyyarə 6,5 saatlıq uçuşdan sonra saat 22:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanında olacaq.
"Airbus A340 500" markalı hava gəmisi 237 nəfərlikdir. Burada oyunçular üçün uzun səfər boyunca əlverişli biznes-zona, istirahət imkanı var. Təyyarə saatda 890 km sürətə və 15742 metr hündürlükdə uçuş imkanına malikdir.
Hava gəmisinin ön hissəsində isə Azərbaycanın üçrəngli bayrağının altında "Qarabağ" sözü yazılıb.
Qeyd edək ki, "Atletiko" Bakıda "Marriott" otelində məskunlaşacaq. Oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.
Qaynarinfo.Az
Şərhlər