Xəbər lenti

"Avropalı deputatların hərəkəti siyasi əxlaqsızlıqdır"
Siyasət 15:00 02.05.2013

"Avropalı deputatların hərəkəti siyasi əxlaqsızlıqdır"

Fərid Şahbazlı: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir"

Bu günlərdə avropalı deputatlardan ibarət nümayəndə heyəti Azərbaycanın icazəsi olmadan işğal altındakı Dağlıq Qarabağa səfər edib bir sıra görüşlər keçiriblər. Görüşlər zamanı Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, separatçı rejimin və Ermənistan hakimiyyətinin mənafeyinə xidmət edən fikirlər səsləndiriblər.

Qaynar.info xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı isə avropalı deputatların hərəkətlərini siyasi əxlaqsızlıq kimi dəyərləndirib. 

Onun sözlərinə görə, bütün dünyaya insan hüquq və azadlıqlarından dərs keçən, özünü ədalət keşikçisi kimi təqdim edən avropalı deputatlar Azərbaycanın ərazi bütövlüyünü, o torpaqlarda hüquqları tapdanan insanların haqlarını görməzdən gəlməklə, əsl simalarını ortaya qoyublar: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və ora Azərbaycanın razılığı olmadan hər hansı səfər dövlətimizə qarşı atılmış bir addım kimi dəyərləndirilməlidir. Beynəlxalq hüququ, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu haqqında qəbul olunmuş beynəlxalq qətnamələri heçə sayaraq, Dağlıq Qarabağa qanunsuz səfər edən avropalı deputatların bundan sonra Azərbaycan dövləti və hakimiyyəti qarşısında hansısa tələblərlə çıxış etməsi yolverilməzdir. Düşünürəm ki, belə yanlışlıqlara yol verənlər kimliyindən asılı olmayaraq müstəqil və güclü Azərbaycan Respublikası ilə üz-üzə qalacaqları həqiqətini başa düşməlidirlər”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->