"Barselona" futbol klubu Kataloniyada müstəqilliklə bağlı referendumdan sonra keçiriləcək tətilə qoşulub.
"Qaynarinfo" xəbər verir ki, bu barədə klubun Tvitter hesabından məlumat yayılıb.
"Klub "Table for Democracy" ictimai hərəkatı tərəfindən elan olunan tətilə qoşulur. Bu səbəbdən klub sabah işləməyəcək."
Kataloniyanın ictimai təşkilat və ittifaqları vətəndaşları oktyabrın 3-də keçiriləcək ümumi tətilə çağırıblar.
Qaynarinfo.Az
Şərhlər