AFFA-nın baş katibi Elxan Məmmədov beynəlxalq təyinat alıb.
O, avqustun 30-da Çexiyanın paytaxtı Praqadakı Eden stadionunda keçiriləcək UEFA Superkubokunda iştirak edəcək.
Məmmədov bu qarşılaşmanın UEFA nümayəndəsi olacaq.
Superkubok uğrunda oyunda Çempionlar Liqasının son qalibi "Bavariya" (Münhen, Almaniya) və ötən mövsüm Avropa Liqasında ən yüksək nəticəyə imza atmış "Çelsi" (London, İngiltərə) klubları qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qaynar.info
Şərhlər