Xəbər lenti

"Bu adamlar iş görməklə yox, işi pozamqla məşğuldular”
Siyasət 12:43 28.03.2013

"Bu adamlar iş görməklə yox, işi pozamqla məşğuldular”

Bir müddət bundan əvvəl Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimov Demokratik Qüvvələrin Ümumxalq Hərəkatını yaratmaq haqqında ideya irəli sürüb. Hacıbaba Əzimov hərəkatın təqdimat mərasiminin ötən ayın sonlarında baş tutacağını bildirmişdi.

Partiya sədri azadlıq.az saytına açıqlamasında prosesin ləngiməsinə siyasi partiyalardan birinin səbəb olduğunu bildirib: “Mən həmişə verdiyim sözün arxasında durmuşam, indi də dururam. Sadəcə olaraq sizlərin də yaxşı tanıdığı partiyalardan biri bu işin baş tutmasını ləngidir. Əvvəl dedilər ki, qabağa düş, bu işdə ağsaqqalıq elə, biz hazırıq. Sonra dedilər, təşkilatın əsasnaməsinə baxmaq istəyirik. Yazıb verdim, ondan sonra da dedilər, hələ siyahını verin görək, qurumda kimlər təmsil olunacaq. İndi də deyirlər ki, məsələni hələ partiyada müzakirə etməliyik. Bu adamları başa düşə bilmirəm. Onu deyim ki, söhbət, AXCP-dən yox, adını açıqlamaq istəmədiyim başqa partiyadan gedir. Bu adamlar iş görməklə yox, işi pozmaqla məşğuldurlar”. 

Hazırlıqların yekunlaşdığını deyən H.Əzimov istənilən halda qurumun təqdimatını yaxın vaxtlarda keçirəcəklərini deyir.

Qeyd edək ki, yeni qurum ümümmilli xarakter daşıyacaq və demokratik düşərgəyə aid olan siyasi partiyaları, QHT-ləri, tanınmış ziyalıları özündə birləşdirəcək.

Qaynar.info 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->