Topaz Premyer Liqasında 2013/4 mövsümünün ilk "Böyük oyunu" keçirilib. Qaynar.info xəbər verir ki, ən çox azarkeş kütləsinə sahib olan "Xəzər Lənkəran"la "Neftçi" Lənkəran şəhər stadionunda üz-üzə gəlib.
İlk dəqiqələrdən iddiasını ortaya qoyan "Xəzər Lənkəran" dəfələrlə qol vurmağa yaxın olub. Elə "Neftçi" də bir neçə dəfə hesabı aça bilərdi. Lakin qol vuran olmayıb və "Böyük oyun" 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Neftçi" ilk ilk 3 turda 3 qələbə qazanıb. "Xəzər Lənkəran" isə 2 heç-heçə edib və 1 oyunda məğlub olub.
Qaynar.info
Şərhlər