Transfer mövsümünü Alper Potuku "Qalatasaray"ın əlindən alaraq açan "Fənərbağça"nın daha böyük iddiaları var.
Türkiyə KİV-i məlumat verir ki, klub rəhbərliyi fransız futbolçu Frank Riberini transfer etmək üçün "Bayern Münhen"lə danışıqlara başlamaq niyyətindədir.
Almaniya klubuna göndərilən faksda deyilir: "Peşəkar futbolçunuz Riberinin transferi üçün klubunuzun rəhbərliyi ilə rəsmi danışıqlara başlamaq istəyirik".
Alman mənbələrdən qaynaqlanan bəzi xəbərlərdə isə "Fənərbağça"nın "Bayern"in hollandiyalı ulduzu Aryen Robbeni də transfer etmək istədiyi yazılır. // Trend
Şərhlər