Türkiyənin məşhur aktyoru Yıldıray Şahinler Azərbaycana gəlib.
"Qaynarinfo" qafqazinfo-ya istinadən xəbər verir ki, “İçerde” serialında Hasan Alyanak obrazını canlandıran Şahinler xanımı Gizemlə birgə Bakıda qonaq olub.
Cütlük Bakıya uçuş zamanı instaqramda şəkillər paylaşıb və hər kəsi salamlayıb. O, ailəsi ilə birgə paytaxtı gəzərək sosial şəbəkədə maraqlı görüntülər yayımlayıb.
Şahinler fotolara “Küçələr, meydanlarda ağac varsa, bu şəhərin uşaqları xoşbəxt və gülərüzlü olur”, “Bakı gözəl və gülərüzlü şəhərdir”, “Qısa olaraq xaricə gəlmək əhvalımıza təsir etdi” tipli şərhlər yazıb.
Qaynarinfo.Az
Şərhlər